Gürcüstanda son surkada daha 15 nəfərdə koronavirus təsdiqlənib, 12 pasiyent sağalıb.
Musavat.com xəbər verir ki, bununla da qonşu ölkədə indiyədək COVID-19 diaqnozu qoyulan şəxslərin sayı 1 197, sağalanların sayı isə 974-ə çatıb. Vəfat edənlərin sayı isə 17 nəfərdir. Xüsusi rejimli xəstəxanalarda 206 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.
Hazırda Gürcüstan üzrə 7 066 nəfər karantində, 294 nəfər isə stasionar nəzarətdə saxlanır.
