Avqustun 4-də Livanın paytaxtı Beyrut şəhərində limanın 12-ci blokunda, anbarların olduğu yerdə dəhşətli partlayış baş verib.
Partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.
Hadisədən dərhal sonra Livanın Baş Naziri Həsən Diyab “söz verirəm, fəlakətin səbəbkarlarından hesabat istəyəcəyik”, - deyə, sərt açıqlama verib.
Qeyd edək ki, Livanın Səhiyyə naziri Həsən Hamad hadisə nəticəsində 100-dən çox insanın öldüyünü, 4 mindən çox insanın isə yaralandığını bildirib.




