|
İranda səs bombası partladılıb, 4 polis yaralanıb

İranın Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində səs bombası partladılıb. 

APA-nın Tehran bürosunun məlumatına görə, polis patrul xidmətinin avtomobilinin qarşısında səs bombasının partladılması nəticəsində 4 polis zabiti yaralanıb.   

Yaralılar xəstəxanaya yerləşdirilib.