|
ABŞ Əfqanıstandakı qoşunlarının sayını azaldır - Tramp

ABŞ Əfqanıstandakı qoşunlarının sayını azaltmaq niyyətindədir.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

O, danışıqların davam etdiyini bildirsə də, qoşunların çıxarılması ilə bağlı tarixi açıqlamayıb:

"Çox qısa bir müddətdə Əfqanıstandakı qoşunların sayını 8 minə, daha sonra isə 4 minə qədər azaldacağıq".