|
Bakıda ər arvadını bıçaqlayıb

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi olub.

APA xəbər verir ki, hadisə Məzahir Rüstəmov küçəsində baş verib.

Belə ki, 1989-cu il təvəllüdlü Məmmədova Aygül əri ilə dava zamanı bıçaqlanıb. Qadın döş qəfəsinin çoxsaylı kəsilmiş-deşilmiş xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağırdır.