|
Deputatlar yay tətilindən geri qayıtdılar

İyulun 5-də Azərbaycan Respublikası Milli Məclisinin növbəti növbədənkənar iclası keçiriləcək. Qeyd edək ki, spiker Sahibə Qafarovanın sərəncamı ilə deputatlar yay tətilini yarımçıq saxlayıb, iş başına qayıdıblar və sabahdan etibarən növbədənkənar sessiya başlayır.

CIA.AZ Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən avqustun 5-də keçiriləcək növbədənkənar iclasının gündəliyinə təklif olunan məsələləri təqdim edir:

1. “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

2. ”Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

3. “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

4. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

5. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

Büdcə ilə bağlı məsələlər hökumət üzvlərinin iştirakı ilə əvvəlcə komitədə, sonra isə plenar iclasda üç oxunuşda müzakirə olunub, qəbul edildikdən sonra deputatlar yenidən tətilə yollanacaqlar. Payız sessiyasının komitə iclasları 15 sentyabrdan, plenar iclas isə 30 sentyabrdan başlanacaq.