|
Biləsuvarda baş verən yol qəzasında Qarabağ qazisi ölüb

Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, "NAZ-Lifan" markalı avtomobilin aşması nəticəsində sürücü - 1969-cu il təvəllüdlü Qədir Əsəd oğlu Musayev dünyasını dəyişib.

İlkin məlumata görə, qəzada ölən Q. Musayev Qarabağ qazisidir.