|
Almaniyada COVID-19-a yoluxanların sayı 210 minə çatır

Son sutka ərzində Almaniyada koronavirusa 240 yoluxma qeydə alınıb.

Musavat.com xəbər verir ki, bununla da COVID-19 infeksiyasına yoluxanların sayı 209 893 nəfərə çatıb.

Qeyd edilir ki, ölkədə təhlükəli infeksiyadan ölənlərin sayı 9 141 nəfərdir. Bununla yanaşı, virusa yoluxmuş təxminən 193 min insan sağalıb.