Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik qaz boru kəmərinin tikintisi çərçivəsinda son qaynaq işləri tamamlanıb.
TAP konsorsiumundan "APA-Economics"ə verilən məlumata görə, kəmərin tikintisi çərçivəsində son borulararası tikişin qaynaq edilməsi tamamlanıb.
“Bu da o deməkdir ki, TANAP ilə İtaliyadakı qəbul terminalı arasında olan 878 kilometrlik hissə birləşdirilib. Bu, Cənub Qaz Dəhlizinin açılması yolunda daha bir mərhələdir”, - deyə, məlumatda qeyd edilir.
