|
Qazaxıstanda COVID-19 –a yoluxanların sayı 84 mindən çoxdur

Qazaxıstanda ötən gün 1526 koronavirusa yoluxma faktı qeydə alınıb. Bu ölkədə koronavirusa yoluxanların ümumi sayı 84 min 648-ə çatıb.

AZƏRTAC xəbər verir ki, Qazaxıstan idarələrarası komissiyasının məlumatına görə koronavirusa yeni yoluxanların 870-i simptomatik, 656-ı asimptomatik daşıyıcıdır.

Ölkədə koronavirusdan son sutka ərzində 1833 nəfər sağalıb, ümumilikdə sağalan xəstələrin sayı 54 min 404 nəfərdir, 610 ölüm hadisəsi qeydə alınıb.

Məlumata görə, COVID-19-a yeni yoluxanların 253-ü Almatı, 250-si isə Nur-Sultan şəhərlərində aşkarlanıb.