|
Azərbaycan xalqını birləşdirən Tovuz döyüşləri...

İyulun 12-də ermənilərin Tovuzda törətdikləri təxribatlardan sonra başlayan proseslərdə bütün dünyada azərbaycanlıları əsl həmrəylik nümayiş etdirdilər. Müharibə təkcə səngərdə getmədi. Sözün həqiqi mənasında bütün dünyadakı soydaşlarımız ermənilərə qarşı vuruşdular, öz ölkələrinə dəstəklərini ən yüksək formada nümayiş etdirdilər. Bu proses bir daha azərbaycanlıların vahid məfkurəsinin, ideyasının, hədəfinin nə olduğunu göstərdi.

Bir daha sübut olundu ki, xalqımız Qarabağ mövzusunda nə iqtidara, nə də müxalifətə güzəşt tanımır, vətən uğrunda ölməkdən belə çəkinmir. Bu təkcə Azərbaycan daxilində belə deyil.

Eyni zamanda bir məsələ də ortaya çıxdı ki, xalqı hansısa komitəylə, qurumla təşkilatlandırmaq alınmır. Səbəb də çox sadədir. Belə qurumlarda intriqalar, söz-söhbətlər tez-tez baş verir. Amma reallıq budur ki, Azərbaycan xalqının özü lazım gələndə təşkilatlanır, meydanlara güc kimi axışır. Bunu Tovuzdakı döyüşlərlə əlaqədar iyulun 14-də bir neçə saatın içərisində 50 mindən çox vətəndaşımızın ordumuza dəstək üçün Bakı küçələrinə çıxmaları göstərdi...

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bütün bunları genetik kodlarla əlaqələndirdi: “Ən çətin tarixi məqamlarda xalqımız məfkurə və ideya ətrafında birləşir, ölümdən belə çəkinmir, qorxmur. Bu xalq ən çətinlikləri belə göz önünə gətirərək, millət olaraq özünü təqdim etməyi bacarır. 1988-ci ilin noyabr-dekabr aylarında da xalq hərəkatını kimsə təşkil etmədi. Sadəcə olaraq bir qrup gənc Elmlər Akademiyası və Bakı Dövlət Universitetindən yürüş edərək ”Baksovet"adlanan istiqamətə gələnədək artıq minlərlə insan həmin gənclərin ətrafında idi. Mən də öz tələbələrimlə qoşuldum. Qarşımızı kəsən sovet əsgərlərinin yaratmış olduğu məhdudiyyətləri Qoşa Qala qapısından adlayaraq insanlar meydana doğru bütün enerjisi, gücü ilə yürüş etdilər. Bir neçə gündən sonra meydan başdan-başa doldu. Minlərlə gənc yüz minlərə çevrildi. O zaman xalqı kimsə idarə etmirdi. Onları bu meydanlara toplayan onların vətənpərvərlik hisslərindən, torpağa bağlılığından və heç şübhəsiz ki, azadlıq ideyalarından doğan məntiq idi. Görünən bu idi ki, millətimiz türkün genetik kodlarını özündə daşıyan bir güclü toplum kimi ən ciddi tarixi məqamlarda bütöv olur, sözünü deyə bilər. Bu Azərbaycan xalq hərəkatı dövründə xüsusi olaraq meydan epopeyasında özünü birmənalı şəkildə təsdiq etdi və 1989-cu ildə Birləşmiş Millətlər Təşkilatı xalqımızı “ilin xalqı” elan etdi. İndi ondan artıq 31 il keçir.

Fəzail Ağamalı: “STAR Neft emalı zavodunun açılması Azərbaycan və ...

Fəzail Ağamalı: “Genetik kodları kimsə məhv edə bilməz”

Xalqımızın iradəsini, torpağa, vətənə bağlılığını heç bir ideologiya, heç bir kənar xarici təsirlər aradan qaldırmağı bacarmadı. Baxın, ən müxtəlif səbəblərdən vətəni tərk edib dünyanın ayrı-ayrı yerlərinə səpələnənlər var. Bunların içərisində iqtidardan narazı olanlar da, yaxşı həyat qurmaq istəyi ilə ölkəni tərk edənlər də, bunların arasında başqa məqsədlərlə, niyyətlərlə, səbəblərlə ölkəni tərk edib kənarda yaşayanlar da var. Ancaq bunları bütöv olaraq tək-tək barmaqla sayılacaq milli deyil, həm də ailəsinə, soyuna xəyanət edən tək-tük insanlar istisna olunmaqla Tovuz döyüşləri, ordumuzun qəhrəmanlıq vuruşu bütövləşdirdi, dövlətimizlə bərabər oldular. Heç nədən çəkinmədən öz vətənpərvərliklərini, igidliklərini nümayiş etdirdilər. Budur bizim ermənilərdən və digər soylardan üstünlüyümüz. Biz ən çətin anlarda birgə olmağı bacarırıq. Bu gün də Qarabağ uğrunda gedən mücadilədə bütün soydaşlarımız dövlətimizlə birlikdədir, ordumuzla bərabərdir. Bu möhtəşəm fenomen millətimizin genetik kodlarından, yüz illiklərdən bəri nəsildən-nəslə ötürülən çox böyük üstün cəhətimizdir. Bu genetik kodları kimsə məhv edə bilməz. Bizim bütün uğurlarımızın da düşünürəm ki, ən mühüm mənbəyi genetik kodlarımızdan doğur".

Tənqid edəndə yüz mənbədən zəng gəlir ki, o məmurla işin olmasın”

Razi Nurullayev: “Xalq sübut etdi ki, o dövlətin yanındadır”

Deputat Razi Nurullayev: “Tovuz hadisələri xalqı birləşdirdi, həmrəy etdi və həm də daxilə və xaricə güclü mesajlar göndərmiş oldu. Cəmiyyətdə belə bir fikir dolaşırdı ki, insanlar narazıdır və Qarabağ onların vecinə deyil. Təbliğat aparılırdı ki, vətəndaşlar daha çox bu hakimiyyətin getməsinə kökləniblər və düşmən qüvvələrin təbirincə Qarabağ heç lazım da deyil. Bunun əksi sübut olundu, xalq bir gündə təşkilatlandı, iradə ortaya qoydu və sübut etdi ki, o dövlətin yanındadır. Yüz minlərlə Azərbaycan gənci göstərdi ki, onlar istənilən zaman şəhid olmaq üçün hazırdır. Bu cür davranış göstərməklə, xalq həm də sübut etdi ki, Dağlıq Qarabağ üzərindən siyasi oyunlar oynamağa da imkan verməz. Ac qalar, susuz qalar, daha çox şəhid verər, amma torpaq verməz”.

musavat