|
"Bitkoin"in dəyəri 10 min dolları keçib

Dünyanın aparıcı kriptovalyutası "bitkoin"in dəyəri 2020-ci ilin iyun ayından etibarən ilk dəfə olaraq psixoloji hədd -10 min ABŞ dollarını keçib.

“APA-Economics” bu barədə “Coinmarketcap”a istinadən xəbər verir.

İnvestorlar "bitkoin"in qiymətinin 20 min dollaradək artacağını proqnozlaşdırırlar.

Kriptovalyuta bazarında volatilliyin artması ilə "Ethereum" da dəyər qazanıb və hazırda 324 dollara ticarət olunur.