Şəmkirdə 1 nəfəri qətlə yetirən və 1 nəfəri ağır yaralayan şəxs saxlanıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, Şəmkir rayon Sabir kənd sakinləri olan Ruslan Nağıyev və onun əmisi oğlu Xaliq Nağıyev bıçaqlanaraq ağır xəsarət alıblar.
R.Nağıyev xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib. X.Nağıyev isə ağır halda Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən isə saxlanıb.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
