Son sutka ərzində Hindistan, Braziliya və Meksikada yeni növ koronavirus (COVID-19) infeksiyasından ölənlərin sayı açıqlanıb.
APA xəbər verir ki, son 24 saatda Hindistanda 708 nəfər, Braziliyada 555, Meksikada isə 306 nəfər pandemiyanın qurbanı olub.
Qeyd edək ki, indiyədək Braziliyada 87 min 052 nəfər, Meksikada 43 min 680 nəfər, Hindistanda isə 32 min 812 nəfər COVID-19-dan vəfat edib.
