|
Moskva Dairəvi Yolunda 6 maşın toqquşub, 3 nəfər xəsarət alıb

Moskvada Lipetskaya küçəsi yaxınlığında - Dairəvi Yolda zəncirvari qəza baş verib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, qəza nəticəsində 6 avtomobil toqquşub, 3 nəfər yaralanıb. 

Bildirilib ki, Moskva Dairəvi Yolunda tıxac yaranıb. Hadisə yerinə təcili yardım briqadası və yanğınsöndürənlər cəlb edilib.