|
Donald Tramp irqçilərin bayrağının hərbi obyektlərdən yığışdırılmasına qəzəblənib

ABŞ pezidenti Donald Tramp Pentaqon rəhbəri Mark Esperin hərbi obyektlərdə nümayiş etdirilən bayraqlarla bağlı yeni memorandumundan olduqca qəzəblənib.

Bu barədə CNN kanalında məlumat yayılıb.

Kanalın xəbərinə əsasən, müdafiə naziri Mark Esperin imzaladığı yeni sənədə görə, hərbi hissələrdə bir daha ABŞ-ın cənubunda 1860-1865-ci illərdə qurulan, irqçi və separatçı Amerka Konfederasiya Ştatlarının bayraqları asılmayacaq. Nümayişinə icazə verilən bayraqların yenilənmiş siyahısı da artıq təsdiqləib. Konfederasiya rəmzləri bundan sonra yalnız hərbi muzey, abidələr, o dövrün xatirələrini canlandıracaq müxtəlif tədbirlərdə, səhnəciklərdə göstərilə biləcək.

Kanal iki etibarlı qaynağına istinadən prezidentlə müdafiə naziri arasında münasibətlərin olduqca gərgin olduğunu bildirib. Lakin bununla bərabər Mark Esperi ən azından seçkilərə qədər qovulma təhlükəsi gözləmir.

Xəbərin bu ilin noyabr ayının 3-də keçiriləcək seçkilər öncəsi dövlət başçısı üçün yaradacaq təhlükənin fərqində olan Ağ Ev rəsmiləri onu tələsik təkzib etməyə məcbur qalıblar.