Menstruasiya ağrılarına nə faydalıdır?
Menstruasiya əvvəli və boyunca çox ağrı çəkirsizsə, Aile.lent.az-ın bu məsləhətləri ilə bir az rahatlaya bilərsiz.
Menopauzaya yaxınlaşan qadınlar gündə 2 qaşıq kətan toxumu yeyərsə, istilik basması 57% nisbətində azalar. Səhər yeməyi, ya ara yeməklərdə qatığa qataraq yeyə bilərsiz.
Tam taxıl məhsulları qan şəkərini nizamlayır. Lif və proteinlə zəngindir. Menstruasiya əvvəli və boyunca yeməyiniz ağrılarınızı azaldacaq.
Kalsiumla zəngin olan brokoli, soya südü, ton balığı və digər balıq növlərinin ağrını azaltdığı deyilir.
Qarnınızın alt qisminə qoyacağınız isti su torbası uşaqlıqda qan dövranının sürətlənməsinə kömək edərək ağrını azaldır. İlıq duş qəbul etmək, ayaqları isti suda saxlamaq da kömək edəcək. Suyun istiliyi 40 dərəcəni keçməməlidir.
Cia.az
