|
Anna Sedekova ərə gedir

Müğənni Anna Sedekova basketbolçu sevgilisi Yanis Timmaya ərə gedir.

 

Axşam.az xəbər verir ki, 37 yaşlı ifaçı toy xəbərini İnstaqramda bölüşüb. Romantik foto paylaşan Anna Yanisin ona evlilik təklifi etdiyini bildirib. Sedekova sevgilisinə "hə" cavabı verdiyini də açıqlayıb:

"Bəli, sənə ərə gedəcəm. Sən dünyanın ən əyləncəli kişisisən".

Cütlüyün sevgili olduğu ötən ilin sentyabrında mediada yayılmışdı.