Ötən sutka Pakistanda COVID-19 virusuna 1763 nəfər yoluxub və xəstələrin sayı 269 min 191 nəfərə çatıb.
AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, son sutka ərzində 32 xəstə vəfat edib və ölənlərin ümumi sayı 5 min 709 nəfərə çatıb. Xəstəxanalarda 50 min 307 nəfər müalicə alır. Onlardan 1382 xəstənin vəziyyəti ağırdır.
