|
"Yuventus" "Udineze"yə uduzub

İtaliya A seriyasında XXXV turun daha bir oyunu keçirilib.

Apasport.az saytının məlumatına görə, lider "Yuventus" təhlükəli zonadan uzaqlaşmağa çalışan "Udineze"nin qonağı olub.

"Qoca sinyora" qalib gəlsəydi, sona 3 tur qalmış çempionluğunu təmin edəcəkdi. Lakin "Udineze" hesabda geri düşməsinə baxmayaraq, gözlənilmədən ikinci hissədə vurduğu iki qolla geridönüş edib və əzmkar qələbə qazanıb.

Qeyd edək ki, A seriyasında XXXVI turun oyunları 24-26 iyulda keçiriləcək.

İtaliya A seriyası
XXXV tur
23 iyul
"Udineze" - "Yuventus" - 2:1
Nestorovski, 52; Fofana, 90+2 - de Liqt, 42