|
İşçi Qrup Tovuz rayonunun 6 kəndində əhaliyə dəyən ziyanı araşdırır...

Arzu Nağıyev: “İcra başçısı da mütəmadi olaraq prosesin gedişinə nəzarət edir”

Ermənistan ordusunun təxribatı nəticəsində Tovuz rayonunda mülki əhaliyə dəyən ziyan aradan qaldırılır. Bununla bağlı iyulun 20-də Prezidenti İlham Əliyev Tovuz rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Dövlət qurumlarına tapşırıq verilib ki, Tovuz rayonunda mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qısa müddətdə qiymətləndirilsin.

Artıq İqtisadiyyat və Fövqəladə Hallar nazirliklərinin nümayəndələri, habelə Tovuz Rayon İcra Hakimiyyətinin əməkdaşları və mütəxəssislərdən ibarət İşçi Qrup yaradılıb.  Hazırda mütəxəssislər hücuma məruz qalmış yaşayış məntəqələrində hərbi təcavüzdən zərər çəkmiş dinc əhalinin, onların əmlakının, dövlət obyektlərinin vəziyyəti öyrənilir, müvafiq müayinə və ekspertiza işləri aparılır. Dəymiş ziyan qısa müddətdə qiymətləndiriləcək.

Əsas ziyanın Tovuz rayonunun 6 yaşayış məntəqəsinə - Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə dəydiyi məlumdur. İlkin qiymətləndirmələrə görə, bu kəndlərdə dinc əhaliyə məxsus 35 ev və yardımçı tikililərin, habelə vətəndaşların şəxsi əmlakının və əkin sahələrinin müxtəlif dərəcədə ziyan gördüyü müəyyən edilib. İntensiv atəş nəticəsində dövlət əmlakına da zərər dəyib. Bu əsasən, kəndlərə çəkilən qaz boruları, elektrik naqilləri, sosial və rabitə infrastrukturudur.

Dəymiş ziyan tam həcmdə müəyyən edildikdən və qiymətləndirmə aparıldıqdan sonra dinc əhaliyə, yaşayış ərazilərinə, dövlət və bələdiyyə əmlakına, təsərrüfatlara, infrastruktura dəymiş ziyanın aradan qaldırılması ilə bağlı hökumət tərəfindən Tədbirlər Planı hazırlanacaq, zərər vurulmuş obyektlərin və yaşayış evlərinin tam bərpası işlərinin sürətlə həyata keçirilməsi üçün təkliflər prezidentə təqdim ediləcək.

Qeyd edək ki, İşlərin gedişi dövlət başçısının şəxsi nəzarətindədir. Çünki, dövlət başçısının tapşırığı ilə Tovuz rayonunun döyüşlər gedən ərazisində infrastrukturun bərpa olunması prioritet məsələ olaraq müəyyən edilib.

Tovuz rayonunun kəndlərinə və dinc əhaliyə dəymiş ziyanın ...

Belə bir hadisə daha öncə də yaşanıb.  lazımdır ki, dövlət başçısının tapşırığı ilə Tovuz rayonunun döyüşlər gedən ərazisində infrastrukturun bərpa olunması prioritet məsələ olaraq müəyyən edilib. 2016-cı il aprel döyüşlərindən sonra Prezident İlham Əliyevin yeni həyat bəxş etdiyi və “Böyük Qayıdış”ın rəmzinə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi cəbhəyanı bölgələrdə normal həyat tərzinin bərpa edilməsinin nə dərəcədə vacib olduğunun əyani göstəricisidir. Ağdam və Tərtər rayonlarında da döyüş əməliyyatları zamanı yaşayış məntəqələrində ciddi ziyan dəymiş evlərin və sosial obyektlərin tikintisi, təmiri və bərpası işləri cəmi altı ay ərzində başa çatdırılıb.

Aldığımız son məlumata görə, hazırda mütəxəssilər kəndləri gəzərək ziyan dəyən evləri müəyyən edir, görüləcək işləri qeyd edirlər. Söhbət təkcə ffərdi yaşayış evlərinə deyil, kəndlərin infrastrukturuna dəyən hər bir ziyandan gedir. Qısa müddətə ilkin baxış başa çatacaq və bütün toplanan məlumatlar dövlət başçısına çatdırılacaq.

Arzu Nağıyev: Azərbaycanda narkotik vasitələrdən istifadə edən ...

Tovuz rayonundan seçilən millət vəkili Arzu Nağıyev hadisələrin ilk günündən atışma gedən kəndlərdə olub. Evlərə dəyən ziyan və onun aradan qaldırılması istiqamətində görülən işlərlə bağlı “Yeni Müsavat”a danışan A. Nağıyev bildirdi ki, sərəncamdan sonra müxtəlif dövlət qurumlarının nümayəndələri mütəxəssislər atışma gedən kəndlərdə oldular: “Bunlar əsasən 6 kənddir, Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərində evlərə nə ziyan dəyibsə onlar hesablanır. Rayon icra başçısının da rəhbərliyi ilə bununla bağlı qərargah yaradılıb. İcra başçısı da mütəmadi olaraq prosesin gedişinə nəzarət edir. Evlərdən başqa yardımçı təsərrüfatlara dəyən ziyan da hesablanır. Qaz , işıq, su, boru kəmərləri və sairə dəyən zərər hesablanır. Sakinlərdən hər hansı şikayət daxil olmayıb. Hansı kənddə kimin evinə və haralara ziyan dəydiyini hamı bilir və komissiya da əsasən həmin evlərə gəlir. Dövlət qurumları da maraqlıdırlar ki, hər şey sakinlərin razılığı ilə baş tutsun, hər hansı çatışmazlıq olmasın. Tovuz rayon icra başçısı ilə mütəmadi əlaqə saxlayıram. Harada dağıntılar varsa, onu bir daha müzakirə edirik ki, hər hansı sakin kənarda qalmasın. Tamamilə sıradan çıxan ev müşahidə etmədik. Sadəcə, Dondar Quşçu kəndində bir ev yararsız vəziyyətə düşmüşdü, həmin ev yenidən qurulmalıdır”.