|
Prezidentin köməkçisinin tanınmışlarla görüşündə nələr müzakirə edilib - ilginc reaksiyalar

Prezidentin köməkçisi Anar Ələkbərovun ictimai xadim və ziyalılarla görüşü cəmiyyətdə maraqla qarşılanıb. Görüşdə bir sıra tanınmış şəxslər iştirak ediblər.

Onların arasında deputatlardan Qənirə Paşayeva, Erkin Qədirli, Hikmət Babaoğlu, professor, tənqidçi Qulu Məhərrəmli, “Ayna” - “Zerkalo” qəzetlərinin təsisçisi Elçin Şıxlı, yazıçı Çingiz Abdullayev, bəstəkar Fərhad Bədəlbəyli, şair Şəhriyar Del Gerani və başqaları var idi.

Prezidentin köməkçisi ilə görüşün təəssüratlarını bizimlə bölüşən telejurnalist, professor Qulu Məhərrəmli “Yeni Müsavat”a bildirdi ki, bu görüş ictimaiyyətin səsini eşitmək istəyi idi:

KİV COVID-19 ilə mübarizədə böyük rol oynayır” -

Onun sözlərinə görə, çünki burada müxtəlif sahələri təmsil edən insanlar toplaşmışdılar, onlar A.Ələkbərova öz fikirlərini açıqladılar.

Q.Məhərrəmli iki əsas mövzu üzərində müzakirə getdiyini vurğuladı: “ Birincisi, pandemiya şəraitində ölkədə yaranmış vəziyyət, görülən işlər, uğurlar və təbii ki, nöqsanlar danışıldı.

Digər məsələ isə Tovuz istiqamətində baş verən hadisələr, cəbhədəki gərginlik, eyni zamanda Bakıdakı orduya dəstək yürüşü, o cümlədən Azərbaycana qarşı sosial şəbəkələrdə təxribatlar müzakirə edildi".

Prezidentin köməkçisi bir sıra ziyalı və ictimai xadimlə görüşdü ...

Qulu Məhərrəmli: “Bu görüş ictimaiyyətin səsini eşitmək istəyi idi”

Professor bildirdi ki, əvvəlcə pandemiya ilə bağlı görülən işlər haqda hesabat verildi, mobil xəstəxanaların qurulması, ölkəyə dəvət olunan xarici mütəxəssislər və koronavirus testləri ətrafında suallar oldu: “Bundan əlavə, karantin rejiminin uzadılmasının nə dərəcədə effektli  olması barədə sorğular səsləndi, karantinin yumşaldılması, çimərliklərin açılması təklifləri səsləndi. Eyni zamanda sosial təminatın yaxşılaşdırlması, 190 manatın verilməsi ilə bağlı nöqsanlar dilə gətirildi”.

Onun sözlərinə görə, daha sonra Tovuz hadisələrinin mediada necə işıqlandırılması, cəmiyyətin reaksiyası müzakirə olunub, 14 iyulda keçirilən yürüş-mitinqin dövlətlə xalq arasında həmrəylik, müsbət hal olması kimi qiymətləndirilib: “Xüsusi olaraq, sosial şəbəkələrdə orduya və Azərbaycana qarşı təxribatlardan söz açıldı, bunların qarşısı necə alınmalıdır, vətəndaşlar necə ayıq-sayıq olmalıdır, bütün bunlarla bağlı fikir mübadiləsi oldu. Belə qənaətə gəldim ki, medianın vəziyyəti ilə əlaqədar xüsusi görüş nəzərdə tutulur. Ümumiyyətlə, görüşün atmosferi mənə xoş gəldi. Yəni, görüntü yaratmaq xatirinə təşkil olunmayıb. Hər halda müstəqil fikri olanlar var idi və onlar məsələləri çəkinmədən açıqladılar”.

Q.Məhərrəmli hesab edir ki, bir görüşdə bütün məsələləri əhatə etmək mümkün deyil, bununla yanaşı bu cür fikirlərin səslənməsi və ölkənin ali rəhbərliyinə çatdırılması, tədbirlər görülməsi çox əhəmiyyətlidir:

“Əgər belə görüşlər nəticə verəcəksə, davam etdirmək vacibdir ki, cəmiyyətin səsi eşidilsin. Cəmiyyətin səsi eşidiləndə nöqsanları da aradan qaldırmaq olur.

Bu görüşlərin davam etdirilməsinin tərəfdarıyam, konstruktiv, qarşılıqlı hörmət, cəmiyyətin maraqlarına xidmət ruhunda görüşlər olmalıdır. Belə halda indiki həssas həmrəyliyi qoruya bilərik".

Anar Ələkbərov ziyalı və ictimai xadimlərlə görüşdü – Rakus.az

Şəhriyar Del Gerani: “Ölkədə inqilabi islahatlar gedir və bu, hamımızın xeyrinədir”

Görüşdə iştirak etmiş gənc şair Şəhriyar Del Gerani bildirdi ki, koronavirus pandemiyası ilə mübarizə istiqamətində ölkədə görülən işlər, bundan sonra atılacaq addımlar, eyni zamanda Tovuz istiqamətində baş vermiş hadisələr və digər məsələlər ətrafında müzakirələr oldu.

“Əmin olun ki, qəlbi vətənlə, qürur yerimiz dövlətimizlə, alidən ali xalqımızla olan hər kəsin ürəyindən keçən ən mütərəqqi təkliflər görüşdə səsləndi, təşəbbüslər verildi. Bu üzdən, hesab edin ki, hamı o görüşdə idi. Üç saatdan artıq çəkən tədbirdə səslənən bütün təkliflərin, təşəbbüslərin hər biri Anar müəllim tərəfindən qeyd və şərh olundu.

Eyni zamanda, görüşün ən böyük özəlliyi Anar müəllimin tənqidlərə açıq olması, söhbətləri dəqiq bilməsi və adekvatlığı idi. Yaxın gələcəkdə hansı addım məsləhət görüləcəksə, atılacaq, hamımız şahid olacağıq".

Del Geraninin sözlərinə görə, ölkədə inqilabi islahatlar gedir və bu, hamımızın xeyrinədir: “Son illərdəki işıqlı dəyişiklikləri kim desəydi, inanmazdıq. Amma bütün bunlar baş verdi və hələ də davam etməkdədir. Hamımız öz müzakirələrimizlə bu islahatların yanında, yaxınındayıq. Bütün səmimiyyətimlə deyirəm, indiki vəziyyətdə nə qədər ağır günlər keçirsək də, Azərbaycanın aydın gələcəyinə ümidlərinizi qətiyyən itirməyin. İnam hər şeydir. İnanın ki, hər şey yaxşı olacaq”.

Prezidentin köməkçisi Anar Ələkbərov bir sıra ziyalı və ictimai ...

Erkin Qədirli: “Anar Ələkbərov bütün tənqid və təklifləri yazdı, prezidentə çatdıracağını söylədi”

Görüşdə iştirak etmiş deputat Erkin Qədirli “facebook” səhifəsində fikirlərini bölüşüb: “Görüşdə koronavirus epidemiyası ilə bağlı durum və hökumətin gördüyü tədbirlər müzakirə olundu.

Çox açıq söhbət oldu, tənqidlər və təkliflər səsləndirildi. Mən də tənqidi firkilərimi söylədim. Qısa danışdığıma görə üstünlüyü hüquqi problemlərə verdim.

Konstitusiya ilə uyğunsuzluq, qanunvericiliyin adekvat olmaması, cərimələrindirmə siyasətində yanlışlıqlar, vətəndaşların məhkəməyə şikayət etmək imkanları və s.

Anar bəy bütün tənqid və təkilfləri yazdı və prezidentə çatdıracağını söylədi, görüşlərin davamlı olacağını da bildirdi. Sağ olsun. Belə görüşlərin ardı və nəticəsi olarsa, xeyli yaxşı iş görmək olar".

Elçin Şıxlı məlum görüşdən DANIŞDI: “Maraqlı söhbət getdi”

Elçin Şıxlı: “Bu incəliklər göstərirdi ki, format yenidir və danlamağa çağırmayıblar”

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı görüşün rəsmi formatda olmamasından və rahat mühitdən razı qalıb:

“Ümumiyyətlə, görüş təşəbbüsü və formatın özü mənə çox xoş gəldi. Çünki rəsmiyyətdən və protokoldan xeyli uzaq idi. Yəni bu görüş Prezident Administrasiyasında ya hansısa bir rəsmi qurumun salonunda, kabinetdə keçirilsəydi o zaman insanlar sıxıla bilərdi.

Amma görüş Heydər Əliyev Mərkəzində rahat bir şəkildə foyedə keçirildi. Dəvət olunan hər qonağın yanında spirt, maska və kofe, şirniyyat qoyulmuşdu. Bunu ona görə deyirəm ki, bütün bu incəliklər göstərirdi ki, format yenidir və insanları ora danlamağa çağırmayıblar".

E.Şıxlı hesab edir ki, orada çıxış edənlərin böyük əksəriyyəti adətən belə görüşlərə dəvət olunmayanlar idi:

“Qonaqların hamısı sözlərini rahatlıqla söyləyirdi və bilirdilər ki, qarşı tərəfdə səsləndirdikləri fikrə maraq var”.