İyulun 12-də Ermənistan hərbçilərinin Azərbaycanın Tovuz rayonuna hücumundan sonra, düşmən hərçilərimizin layiqli cavabı ilə geri oturduldu.
Avropa.info xəbər verir ki, döyüşlər davam edərkən Türkiyədən Azərbaycana ən üst səviyyədə edilən dəstək açıqlamaları Ermənistanı qorxudub.
Fransanın "France 24" kanalına müsahibə veren Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan geniş miqyasda savaşın başlaya biləcəyi halda Türkiyənin prosesə müdaxilə edə biləcəyindən qorxduqlarını deyib.
Jurnalistin, "Türkiyənin savaşa daxil ola biləcəyindən qorxursunuzmu" sualına Mnatsakanyan, "Açığı, buna biganə yanaşa bilmərik. Təbii ki, bundan çox narahatıq" deyib.
Xatırladaq ki, iyulun 12-də təcavüzkar Ermənistanın Azərbaycanın Tovuz rayonuna qəfil hücumu nəticəsində 12 hərbçimiz şəhid olub.Azərbaycan Ordusunun cavab tədbirləri ilə 100-dən çox erməni hərbçisi məhv edilib, düşmənin hərbi maşınları, kazarması, istehkamları məhv edilib.
Siyasi şərhçilər Ermənistanın Azərbaycan torpaqlarına hücum etmək gücü və cəsarətində olmadığını, bu təcavüzün bəzi xarici ölkələrin dəstəyi ilə həyata keçirildiyini bildirirlər. Azərbaycan Ordusunun cavab tədbirləri ilə 100-dən çox erməni hərbçisi məhv edilib, düşmənin hərbi maşınları, kazarması, istehkamları məhv edilib.
