|
Son sutkada Pakistanda 38 nəfər koronavirusdan dünyasını dəyişib

Son sutkada Pakistanda koronavirusa 1332 nəfər yoluxub və bu virusa tutulanların sayı 267 min 428 nəfərə çatıb.

AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, son sutkada 38 xəstə dünyasını dəyişib və vəfat edənlərin sayı 5 min 677 nəfər olub. Xəstəxanalarda yerləşdirilən 51 min 283 xəstədən 1436 nəfərinin vəziyyəti ağırdır.