|
Azərbaycanda universitet tələbəsi pnevmoniyadan vəfat edib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Mikayıl Əzizov pnevmoniyadan vəfat edib.

"Report" xəbər verir ki, o, iyulun 19-da meningit, pnevmaniya xəstəliyi səbəbindən 1 saylı Kliniki Tibbi Mərkəzdə ("Semaşko") dünyasını dəyişib.

Məlumata görə, M.Əzizov ailənin tək övladı imiş.