|
Türkiyə və Rusiya Liviya ilə bağlı razılığa gəldi - Müqavilənin şərtləri

Türkiyə XİN Liviyada davamlı atəşkəsin təmin edilməsi üçün Rusiya ilə aparılan danışıqlarda əldə olunan nəticəni açıqlayıb.

Avropa.info xəbər verir ki, Ankara sammitində Türkiyə və Rusiya dörd maddəlik müqavilə üzərində razılığa gəliblər. Türkiyə XİN-nin məsələ ilə bağlı açıqlamasında deyilir:

Liviyadakı son vəziyyəti stabilləşdirmək və siyasi prosesə şərait hazırlamaq məqsədilə dövlət başçıları 8 yanvar 2020-ci ildə İstanbulda danışıqlar prosesinə başlayan Türkiyə Cümhuriyyəti və Rusiya Federasiyası;

- Liviyanın suverenliyi, müstəqilliyi, birliyi və torpaq bütövlüyü çərçivəsində BMT-nin məqsəd və prinsiplərinə sadiqliyimizi yeniləyərək;

- BMT TŞ-nin müəyyən etdiyi Liviyadakı terrorçu şəxs və qruplarla mübarizə aparmaq qətiyyətinin vacibliyini vurğulayaraq;

Aşağıdakı məsələlərlə bağlı müqavilə əldə olunub:

1.Liviyada stabil və daimi atəşkəs şəraitinin formalaşdırılması məqsədilə liviyalı tərəflərin təşviq edilməsi də daxil olmaqla birgə səylərin davam etdirilməsi,

2.Liviya ilə bağlı Berlin Konfransı (2020 19 yanvar) nəticələrinə uyğun olaraq və BMT nəzarəti altında liviyalılar arası siyasi dialoqun irəliləməsinin təmini,

3.İnsanların təhlükəsizliyinin təmini və ehtiyacı olan hər kəsə təcili humanitar yardımın çatdırılması üçün tərəfləri tədbir görməyə dəvət etmək,

4.Liviya məsələsində Birgə Fəaliyyət Qrupunun formalaşdırılmasının qiymətləndirilməsi və sonrakı məsləhətləşmələrin yaxın zamanda Moskvada aparılması.