|
Göygöldə elektrik cərəyanı gənci vuraraq öldürüb

Göygöl rayonunda yerli sakini elektrik cərəyanı vurub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Pənahlılar kəndində qeydə alınıb.

Kənd sakini olan gənc oğlanı (ad-soyad dəqiqləşdirilir-red) iş görən zaman ehtiyatsızlıqdan elektrik cərəyanı onu vuraraq öldürüb.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.