|
Kolumbiyada hərbi helikopterin qəzaya uğradığı yerdə 9 əsgərin cəsədi aşkarlanıb

Kolumbiyanın cənub-şərqində qəzaya uğrayan “Black Hawk” helikopterində olan 9 əsgərin cəsədi Axtarış qrupu tərəfindən aşkar olunub.

APA xəbər verir ki, bu barədə “El Tiempo” qəzeti hərbi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, qəzaya uğrayan helikopterdə olan daha iki hərbçinin axtarışı davam edir.

Bildirilir ki, helikopterin qəzaya uğramasının səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradılıb.