|
Bu gün Rusiyadan daha 440 Azərbaycan vətəndaşı ölkəyə gətirilib

Bu gün daha 440 nəfər Rusiyadan Azərbaycana təxliyə olunub.

“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, bu barədə Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elunur Hüseynov məlumat verib.

"Bu gün 250 soydaşımız Azərbaycan-Rusiya sərhəddini keçərək vətənə dönüb. Daha 190 nəfər isə Jukovskiy hava limanından Azərbaycana yola salınıb", - deyə E.Hüseynov bildirib.

Nəzərinizə çatdıraq ki, sonunçu dəfə iyul ayının 19-u Moskvanın Domodedovo hava limanından 192 soydaşımız təxliyyə olunub.