Son sutka ərzində Özbəkistanda koronavirusa yoluxanların sayı 634 nəfər artaraq 17 min 590-na çatıb.
AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son gündə 4 nəfər dünyasını dəyişib və ölənlərin sayı 92 nəfərə çatıb.
Hazırda xəstəxanalarda 8035 pasiyent var, onların 76-nın vəziyyəti ağır, 28-nin isə kritikdir.
Mətbuat yazır ki, Özbəkistanın “Paxtakor” klubunun 5 futbolçusu da koronavirusa yoluxub.
