|
"Yuventus" "Latsio"nu məğlub edib

İtaliya A seriyasında XXXIV tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, turun mərkəzi oyunu son gündə keçirilib.

Son iki turda heç-heçə edən lider "Yuventus" axırıncı 4 matçın 3-də məğlub olub, 1-də heç-heçə edən "Latsio"nu qəbul edib. Rəqibi üzərində qələbə qazanan Turin təmsilçisi liderliyini möhkəmlədərək, çempionluq yolunda daha bir önəmli addım atıb.

Qeyd edək ki, A seriyasında XXXV turun görüşləri iyulun 21-23-də keçiriləcək.

İtaliya A seriyası
XXXIV tur
20 iyul
"Yuventus" - "Latsio" - 2:1
Ronaldo, 51 (pen.), 54 - İmmobile, 83 (pen.)