Kolumbiya Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ötən sutka ölkədə koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 6 727 nəfər artıb, 193 nəfər həyatını itirib.
“Report” xəbər verir ki, ölkədə yoluxanların ümumi sayı 204 005 nəfərdir.
Ölkə üzrə xəstəlikdən 6 929 nəfər ölüb və müalicə olunaraq sağalanların sayı 95 804-ə çatıb.
Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 236 569 test aparılıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Vuhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.
