|
"Sumqayıt"la daha bir futbolçusu ilə müqaviləni yenilədi

Mehdi Cənnətov, Elvin Bədəlov və Vurğun Hüseynovun ardından "Sumqayıt" Futbol Klubu Rəhim Sadıxov ilə də müqaviləni yeniləyib.

Musavat.com klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı futbolçunun 2020/2021 mövsümünün sonuna qədər qüvvədə olan müqaviləsi daha 1 il müddətinə uzadılıb.

Qeyd edək ki, Rəhim Sadıxov 2019/2020 mövsümündə "Sumqayıt" FK-nın heyətində Premyer Liqada 15 qarşılaşmada meydana çıxıb (1002 dəqiqə). Yarımmüdafiəçimiz Premyer Liqa və Azərbaycan Kuboku qarşılaşmaları da daxil olmaqla, ümumilikdə 5 qol vurub.