Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Ər-Riyad xəstəxanasına yerləşdirilib.
“Report” “Reuters” istinadən xəbər verir ki, 84 yaşlı kralın öd kisəsi iltihab olub.
Kralın vəziyyəti ilə bağlı ətraflı məlumat verilməyib.
Qeyd edək ki, o, qardaşı Abdullah bin Əbdüləzizin vəfatından sonra 2015-ci ildə taxta çıxıb. Salman bin Əbdüləziz Səudiyyə Ərəbistanının 7-ci kralıdır.
