|
Suriyada terror hücumu zamanı 5 nəfər ölüb, 85 nəfər yaralanıb

Suriyanın şimalında müxaliflərin nəzarətində olan Azez şəhərinin Siccu kəndində partlayıcı quraşdırılmış avtomobil partladılıb.

APA “Anadolu”ya istinadən xəbər verir ki, insident nəticəsində 5 dinc sakin ölüb, daha 85-i yaralanıb.

Məlumata görə, yaralılardan vəziyyəti ağır olan 15 nəfər Türkiyə xəstəxanalarına yerləşdirilib.