|
İngiltərədən uyğurlarla bağlı mühüm çağırış

Çində uyğurlar qorxunc hüquq pozuntuları ilə üzləşir.

Axar.az xəbər verir ki, bu sözləri Böyük Britaniya Xarici İşlər naziri Dominik Rab deyib.

“Uyğurların haqları ağır və qorxunc şəkildə pozulmaqda davam edir. Bu səbəbdən Cenevrədə 27 ölkə ilə birlikdə uyğurlara və Honkonq administrasiyasına qarşı qanun pozuntularını dayandırmaq çağırışı etdik”, - deyə XİN rəhbəri bildirib.