|
Azərbaycan klubu portuqaliyalı futbolçuya cəlbedici təklif göndərib

Portuqaliyanın "Pasuş de Ferreyra" klubunun futbolçusu Pedrinyo karyerasını Azərbaycanda davam etdirə bilər. 

"Report" "A Bola" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi hazırkı klubundan ayrılacaq. 

Portuqaliyalı oyunçuya Kiprdən və Azərbaycandan cəlbedici təklif var. Nəşr Azərbaycan təmsilçisinin adını açıqlamayıb. 

Digər bir iddiaya görə, Kiprin "Anortosis" komandası Pedrinyo ilə maraqlanır. Lakin bu komandanın yarımmüdafiəçiyə yüksək məbləğ ödəyəcəyi inandırıcı deyil. 

Qeyd edək ki, Pedrinyo 2016-cı ildən  "Pasuş de Ferreyra"da çıxış edir. Onun klubla sözləşməsi başa çatıb.