|
Teleaparıcı Xoşqədəm Hidayətqızı işindən azad edilib-

Teleaparıcı Xoşqədəm Hidayətqızı işindən azad edilib. 

 Cia.az xəbər verir ki, Xoşqədəm Hidayətqızı ATV-dən kənarlaşdırılıb.

Əldə etdiyimiz məlumata görə, əslində veriliş bağlanmayıb. Xoşqədəm Hidayətqızının "Səni axtarıram" verilişi bundan sonra ATV-də deyil, yeni kanalda ANS-də yayımlanacaq. Verilişin həftədə beş gün yayımlanması nəzərdə tutulub. Qeyd edək ki, ötən həftə ANS-də Xoşqədəm Hidayətqızı və həyat yoldaşı Doğuşla bağlı xüsusi proqram yayımlanmışdı.