|
Prezident dərman preparatlarının bahalığından narazılığını ifadə edib-
Azərbaycan prezidenti İlham Əliyev ölkədə dərman preparatlarının bahalığından narazılığını ifadə edib.
Dövlət başçısı bu barədə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Prezident bu sahədə vəziyyətin araşdırılıb tədbirlərin görülməsi ilə bağlı Səhiyyə Nazirliyinə tapşırıqlar verdiyini vurğulayıb.