|
Xızıda sürücü törətdiyi qəzada ağır xəsarət alıb

Xızı rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” un məlumatına görə, 1989-cu il təvəllüdlü Abdullayev Elgün Kamal oğlunun idarə etdiyi minik avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O,  Bakıda yerləşən xəstəxanaların birinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.