|
ABŞ-da koronavirusdan ölənlərin sayı 140 mini keçdi

ABŞ-da COVID-19 virusuna 3 883 271 nəfər yoluxub və 142 877 nəfər koronavirusun qurbanı olub.

Musavat.com xəbər verir ki, epidemiya başlayandan etibarən dünyada infeksiyaya 14 425 865 nəfər yoluxub, bunlardan 604 mindən çoxu vəfat edib, 8 milyondan artığı isə sağalıb.

Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.