|
Məleykə Abbaszadənin qızı qəfil vəfat etdi

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadəyə ağır itki üz verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun 44 yaşlı qızı Nigar Abbaszadə vəfat edib.

Hadisə ailənin Şamaxının Çuxuryurd kəndində yerləşən evində baş verib. İlkin məlumata görə, DİM sədrinin qızı qəflətən ürəktutmadan dünyasını dəyişib.

Hazırda nəşin Bakıya aparılması ilə əlaqədar hazırlıq işləri gedir.

Musavat.com xatırladır ki, Nigar Abbaszadə Azərbaycan tamaşaçılarına 2012-ci ildə Bakıda keçirilən "Eurovision" beynəlxalq musiqi yarışmasında aparıcılıq etməsi ilə tanışdır.

 Nərgiz Birk-Petersen (Abbaszadə) 1976-cı il avqustun 7-də Bakıda doğulub. Bakıdakı 189 saylı orta məktəbi bitirmiş Nərgiz 16 yaşında Xəzər Universitetinə daxil olub.

O, ali məktəbdə təhsil alarkən universitetin Tələbə Televiziyasının ingiliscə yayımlanan xəbər proqramında müxbir kimi fəaliyyət göstərib. Sonra hüquq təhsili almaq üçün ABŞ-a gedib. Burada hüquq təhsili almaqla yanaşı, bir müddət model kimi çalışıb.

Ali təhsilini tamamladıqdan sonra Nərgiz ABŞ və Rusiyada hüquqşünas işləyib. O, ana dili ilə yanaşı, ingilis, rus, Danimarka dillərini də bilir…

Nərgiz xanım 2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsinə iddialı olan “Bakı-2020” Olimpiya hərəkatının ictimai əlaqələr departamentinin direktoru vəzifəsini tutub. O, 20102-ci il aprelin 16-da Moskvada 2020-ci il Olimpiya Oyunlarının keçirilməsinə iddiaçı şəhərlərin, o cümlədən Bakının təqdimat mərasimində çıxış edib.