Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusif də Azərbaycana dəstək nümayiş etdirib.
Musavat.com bildirir ki, azərbaycan əsilli sənətçi iyulun 12-dən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində başlayan erməni təxribatı ilə bağlı Azərbaycana dəstək olub.
Sənətçi öz "İnstaqram" səhifəsində "Prayforazerbaijan" haştaqı ilə “Azərbaycan” kompozisiyasını paylaşıb, "Qarabağ Azərbaycan" yazıb.
