Ötən gün müğənni Xəyyam Nisanov Rusiyada məşhurlaşan azərbaycanlı sənətçilərin şəhidlərimizlə bağlı heç bir paylaşım etməməsini qınayıb.
Musavat.com xəbər verir ki, Xəyyamın paylaşımına minlərlə rəy yazılıb və onun bu addımı dəstəklənib. Qısa zaman sonra Rusiyada məşhurlaşan azərbaycanlı sənətçilər şəhidlərimizlə bağlı paylaşımlar ediblər.
Onlar arasında Xalq artisti Emin Ağalarov, müğənnilər Rauf & Faik (Rauf və Faiq Mirzoyev), Jony (Cahid Hüseynli), Navai (Nəvai Bəkirov), Bahh Tee (Bəxtiyar Əliyev), Jah Khalib (Bəxtiyar Məmmədov), Hammali (Aleksandr Əliyev), "Weel" (Vilayət Niftalıyev), "Ellai" (Elvin Əliyev), Elman (Elman Zeynalov) və bloqqer Hüseyin Həsənov yer alıblar.









