|
Ermənistan yaralı hərbçilərinin bir hissəsini açıqladı-ölənlərsə gizlədilir...

Ermənistan rəhbərliyi israrla Tavuş vilayəti istiqmaətində verdiyi itkiləri gizlədir.

Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan keçirdiyi brifinqdə yalnız yaralılardan bəhs edib.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir ki, Ovannisyan yaralılardan 5-nin durumunun ağır, birinin isə son dərəcə ağır olduğunu bildirib.

Ermənistan tərəf gülüş doğuran iddia ilə çıxış edərək bildirib ki, döyüş mövqelərində cəmi 36 hərbçi yaralanıb və artıq onların əksəriyyəti  hospitaldan mövqelərinə qayıdıblar.

Azərbaycan tərəf isə əminliklə bildirir ki, Ermənistanın itkiləri 100-ə yaxındır. Bir sıra ekspertlər ön xətdə məhv edilən erməni hərbçilərin əksəriyyətinin ərəb ölkələrindən gətirilmiş muzdlular olduğunu, bu səbəbdən adlarının açıqlanmadığını söyləyirlər.