|
Son sutkada Qırğızıstanda COVID-19 koronavirusuna 603 adam yoluxub

Son sutkada Qırğızıstanda COVID-19-a 603 nəfər yoluxub, onlardan 300-ü Bişkekin payına düşür. Pandemiya dövründə ölkədə virusa yoluxanların sayı 13 min 101 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu haqda Qırğızıstan Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi Aynura Akmatova Bişkekdə keçirdiyi brifinqdə məlumat verib.

Bildirilib ki, son 24 saatda 123, ümumiyyətlə isə 2 min 199 tibb işçisi bu virusa yoluxub.

O deyib ki, son sutkada koronavirusdan 6 xəstə ölüb, onların arasında Qırğızıstanın Əməkdar həkimi Temirkan Jarmatova da var.