Rusiyada yaşayan məşhur azərbaycanlı bloqer Hüseyn Həsənov Azərbaycanla bağlı diqqət çəkən paylaşım edib.
Musavat.com bildirir ki, "İnstagram"da 14 milyon izləyicisi olan bloqqer Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində təxribat cəhdinin qarşısını alarkən Azərbaycan ordusunun şəhid olan hərbçilərinin fotolarını paylaşıb və qeyd edib:
“Mənim adım Hüseyn Həsənovdur, mən azərbaycanlıyam. Çox təəssüf ki, vətənimin sərhəddində münaqişə qızışıb, nəticədə hərbçilər və dinc sakinlər, kiminsə atası, əri, qardaşı, oğlu həlak olub.
Hər zaman istənilən aqressiyaya qarşı olmuşam və bu belə də olacaq, sizi də buna çağırıram. Hər birimizin uzun və xoşbəxt yaşamaq haqqımız var. Kimisə evindən, doğma toroaqlarından məhrum etməyə heç kəsin ixtiyarı yoxdur.
Hazırda ölkəmdə baş verənlər çox ağırıdıcıdır. Mən vətənim Azərbaycanı çox sevirəm və qətiyyətlə inanıram ki, yaxın vaxtlarda hər şey geridə qalacaq, sülh olacaq.
Şəhid olan əsgər və zabitlərin ailələrinə başsağlığı verirəm!”
Qeyd edək ki, Azərbaycanın Xalq artisti Emin Ağalarov bloqqerin bu statusunu öz səhifəsində paylaşıb.
![]()
