|
Papua-Yeni Qvineya sahillərində güclü zəlzələ olub,sunami xəbərdarlığı elan edilib

İyulun 17-də Papua-Yeni Qvineya sahillərində 6,9 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Oro əyalətinin Kokoda şəhərindən 114, 8 kilometr məsafədə, ocağı 85,5 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə hələlik xəbər verilmir. Ərazidə sunami xəbərdarlığı elan edilib