|
Qarabağda müharibəyə başlasaq, beynəlxalq şərtlər buna imkan verərmi...

Qarabağda müharibəyə başlamaq lazımdırmı? Beynəlxalq şərait buna imkan verirmi?

1) Amerikadan başlayaq.

Rəsmi Vaşinqton son 3 ildə hər il olmaqla, Azərbaycana 120 milyon dollar dəyərində yardım edib. Ermənilərə isə qara quruş da verməyiblər. Bəli, erməni lobbisinin pulunu yeyib, onların mövqeyindən çıxış edən konqresmenlər və senatorlar var. Az da deyil. Ancaq prezident Donld Tramp ermənilərə qətiyyən üz vermir. ABŞ elə bir ölkədir ki, orada son sözü prezident deyir. Əminliklə demək olar ki, Amerika Azərbaycanın Qarabağda başlayacağı hərbi əməliyyatları anlayışla qarşılayacaq.

2) Türkiyə hazırda Azərbaycana hərbi yardım göstərməyə hazırdır. Prezident Tayyib Ərdoğan qərarlıdır.

3) Avropa Birliyi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü rəsmən müdafiə edir. (Bugünlərin söhbətidir) Və tərəfləri Dağlıq Qarabağ münaqişəsinin qeyd olunan çərçivədə həllinə səsləyir.

4) Yaxşı olardı ki, Rusiya bu məsələdə neytral olsun. Ancaq bu, real deyil. İstənilən halda, Rusiya Ermənistanın yanında yer alacaq...

Nə qədər ki, ABŞ-da prezident Donald Tramdır, Türkiyədə isə Tayyib Ərdoğandır, biz Qarabağın azadlığı uğrunda vətən müharibəsinə başlamalıyıq.

Bir müddət sonra şərtlər dəyişə bilər. Məsələn, hazırda Amerika prezidentliyinə ən real namizəd Co Baydendir. O, bədnam 907-ci düzəlişin əsas dəstəkçilərindən biridir. Qatı ermənipərəstdir. Yəni onun gəlişindən sonra Qarabağda hərbi əməliyyatlar keçirmək 907-ci düzəlişin yenidən qüvvəyə minməsi deməkdir...

Türkiyədə də Tayyib Ərdoğanın iqtidardan getməsi Qarabağ baxımından bizim üçün əvəzsiz itki olacaq. Tutaq ki, bir solçu iqtidara gəlsə, ölümüzü yox, dirimizi ağlamalı olacağıq...

Ukrayna və Pakistanın da bizə açıq dəstək verməsi çox yaxşıdır. Ancaq fikrimcə, əsas məsələ yuxarıda vurğu yapdıqlarımdır...

Hesab edirəm ki, beynəlxalq şərait indi bizim üçün daha məqbuldur...