|
FIFA DÇ-2022-nin təqvimini açıqladı

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının təqvimi açıqlanıb.

"Report" FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mundialın açılış matçı noyabrın 21-də ev sahibi komandanın iştirakı ilə "Al Bayt" stadionunda keçiriləcək.

Final qarşılaşması isə dekabrın 18-də "Lusail" arenasında olacaq.